Aparıcı Azər Zahidin avtomobilinə hücum edilib.
Medianews.az xəbər verir ki, onun avtomobilini naməlum şəxslər təpikləyib, açarla cızıblar.
A.Zahid bu haqda “İnstagram” hesabında paylaşım edib. Aparıcı həmin şəxsin görüntülərinin onda olduğunu söyləyib.
“Kişinin həyatda düşməni olar. Əzəldən cəngavərlərin, şahların, sərkərdələrin hər zaman düşməni olub. İndi də var, amma mədəni düşmənçilik. Maşını təpikləyiblər. Gecə görüntüləri var. Açarla da cızıqlar atıblar. Çəkiclə təkərin diskinə vurublar. Belə şərəfsizlər var biləsiniz!”. (Yenisabah.az)