Senator Dmitri Savelyev qətl sifarişində ittiham olunaraq həbs edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Moskvanın Basmannı məhkəməsi senator barədə qərar qəbul edib.
Senator Tula vilayətindən olan Federasiya Şurasının üzvü qətl hazırlamaqda ittiham olunur. İstintaqın məlumatına görə, 2023-cü ilin yayında Savelyev tanışına şəriyi olan sahibkarı öldürməyi tapşırıb. Senator qonorar olaraq qatilə 100 min dollar ödəyib.
Savelyev avqustun 2-də günortadan sonra Federasiya Şurasının iclas zalında saxlanılıb.
Müəllif: Arzu