EN

Azərbaycan neftinin bir bareli 80,7 dollara satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

 

Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,71 dollar azalaraq 76,81 dollar olub. 

 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,79 dollar azalaraq 73,52 dollar təşkil edib.

 

Dünya bazarında Azərbaycan neftinin də qiyməti azalıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,58 dollar və ya 4,25 faiz azalaraq 80,7 dollar olub.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
149
14
senzor.az

10Sources