"Beşiktaş" heyətini braziliyalı oyunçu ilə gücəndirmək niyyətindədir.
Sportal.az “TRT Spor”ə istinadən xəbər verir ki, “qara qartal” “Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni ilə maraqlanır.
Türkiyə klubunun rəsmiləri 24 yaşlı futbolçunu heyətinə qatmaqdan ötrü qarşı tərəflə danışıqlara keçib. “Beşiktaş” qarşı tərəfə tələb olunan 25 milyonu ödəyə bilməyəcəyi üçün onu bir illik icarəyə götürməyi planlaşdırır.
Yeni sezondan çempionluq mübarizəsi aparmaq istəyən “Beşiktaş” tez bir zamanda braziliyalı haqda qarşı tərəfdən cavab istəyib. “Sao Paolo”nun sabiq üzvü, “Mançester Yunayted”ə “Ayaks”dan keçib. Onun Premyer Liqa klubu ilə müqavilsəi 2027-ci il iyunun 30-na qədərdir.