EN

Qırğızıstan Avrasiya İttifaqından çıxır?

Qırğızıstan Avrasiya İqtisadi İttifaqından çıxa bilər.

 

Modern.az xəbər verir ki, Qırğızıstanın baş nazir müavini Emil Baysalov rəsmi X səhifəsində miqrantların Rusiyada işləməsinə qoyulan məhdudiyyətləri tənqid edib.

 

O, Rusiyanın gördüyü tədbirlər Qırğızıstan vətəndaşlarına təsir edəcəyi təqdirdə ölkəni Aİİ-dən çıxacağını bəyan edib.

 

“Biz ondan çıxış edirik ki, Rusiya Federasiyasının Dövlət Dumasında müzakirə edilən bu və digər düzəlişlər və məhdudiyyətlər Qırğızıstan Respublikasının vətəndaşlarına şamil edilməsin. Hər hansı başqa təfsir və vətəndaşlarımız üçüncü ölkədən gələn miqrantlarla eyniləşdiriləcəyi halda, Aİİ-də iştirakın mənasını xalqımıza əsaslandırmaq bizim üçün çox çətin olacaq”, – Baysalov yazıb.

Chosen
111
9
modern.az

10Sources