Mingəçevirdə təmir işləri aparan 24 yaşlı usta beşinci mərtəbədən yıxılıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 12 ünvanında yerləşən binada baş verib.
Binada təmir işləri aparan 2000-ci il təvəllüdlü Elvir Vüqar oğlu Veyisov ehtiyatsızlıq nəticəsində sürüşərək beşinci mərtəbədən yerə çırpılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan usta təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.