EN

Adil Şükürov: "Qısa müddətdə toparlanmalıyıq"

""Kəpəz" olaraq yenidən komanda qururuq, heyət formalaşdırırıq".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqşisi Adil Şükürov deyib.

Gəncə klubunun çalışdırıcısı Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt"a məğlubiyyəti şərh edib: "Düşünürəm ki, azarkeşlər maraqlı oyun izlədilər. Bizə vaxt lazım olacaq. Amma zamanımız da yoxdu. Hər şeyi daha sürətli etməliyik. Tez bir zamanda komandanı komplektləşdirməliyik. Çempionat uzundur, qarşıda oyunlar var. İnanıram ki, komanda bu marafon ərzində daha yaxşı futbol nümayiş etdirib nəticələr qazanacaq. Yeni futbolçuların çempionata adaptasiya olması vaxt aparır. Qısa müddətdə toparlanmalıyıq. Komandanı gücləndirmək üçün yeni transferlərə ehtiyac var. Bununla bağlı rəhbərlik ilə danışmışıq. İmkanlarımız daxilində nələrsə etməyə çalışacağıq".

Qeyd edək ki, "Kəpəz" səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.

İdman.biz

Chosen
60
5
idman.biz

5Sources