“Olimpiya çempionu olduğum üçün çox xoşbəxtəm”.
İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medalını qazanan Hidayət Heydərov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Fransa paytaxtındakı görüşlərini sonradan izləməyib, amma epizdoları videolardan görüb: “O qədər şokda idim ki, ürəkdən belə sevinə bilmədim. Cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva ilk olaraq təbrik etdilər. Federasiyamıza təşəkkür edirəm ki, mənim üçün hər bir şəraiti yaratdılar. Yaşadıqlarım əvəzedilməz bir hisslər idi. Elnur Məmmədli mənimlə əl-ələ verib Avropa, dünya və sonda isə Olimpiya çempionu olmağıma şahidlik etdi. Bundan sonra qarşıdakı növbəti hədəfimiz 2028-ci ildə Los-Anceles Olimpiadasıdır. Buna kimi də bizi bir sıra çempionatlar gözləyir. Qısa bir fasilədən sonra yenidən arenalara qayıdacam. İkinci dəfə Olimpiya çempionu olmağ istəyirəm”.
Qeyd edək ki, Hidayət Heydərov finalda fransalı Joan-Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.
Banuçiçək Hüseynli
İdman.biz