EN

Qorxunc! COVID-19-dan sağalmış insanlarda bu XƏSTƏLİKLƏR aşkarlandı

COVID-19-dan sağalmış insanlar infeksiyadan 2-3 il sonra belə depressiya, narahatlıq, yorğunluq və yaddaş problemlərindən əziyyət çəkirlər.

Musavat.com-un xəbərinə görə, bu barədə Britaniya alimləri açıqlama verib.

Tədqiqat zamanı məlum olub ki, insanlarda diqqət və yaddaş testlərində zəif göstəricilərlə yanaşı, davamlı və ciddi simptomlar da yaranıb. Eyni zamanda, depressiya, narahatlıq və yorğunluğun artması, həmçinin illər sonra yeni simptomların əmələ gəlməsi mümkündür.

Respondentlərin dörddə birinin üzərində aparılan tədqiqat zamanı o da aşkarlanıb ki, insanların əksəriyyətinin səhhəti pisləşib və qeyri-qənaətbəxş iş nəticələrinə görə iş yerlərini dəyişmək məcburiyyətində qalıblar.

Musavat.com

Chosen
33
4
musavat.com

5Sources