EN

Güləşçilərimizin ilk rəqibləri onlar oldular - Paris-2024

style='margin-bottom:10px;'>

Sabah Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilir.

QOL.az xəbər verir ki, mübarizəyə ilk olaraq Yunan-Roma güləşçiləri başlayacaq. Həmin gün döşəkçəyə Azərbaycan millisinin 2 üzvü çıxacaq.

Bu gün keçirilən püşkatma mərasimində onların ilk rəqibləri müəyyənləşib.

60 kq çəki dərəcəsində yarışacaq 2024-cü ilin Avropa çempionu, 28 yaşlı Murad Məmmədov mübarizəyə 1/8 finaldan start verəcək. Onun rəqibi Venesuela güləşçisi, 2024 Panamerikan çempionatının qalibi Rodrigues Orosco (33 yaş) olacaq.

130 kq. çəkidə yarışacaq Azərbaycan millisinin digər üzvü, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (35 yaş) isə 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşacaq.

Nabi təcrübəli güləşçidir. O, 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London olimpiadasında isə gümüş medal qazanıb. 

Qeyd edək ki, güləş yarışları sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Chosen
62
5
teleqraf.com

5Sources