EN

Yunan-Roma güləşçilərimiz döşəyə çıxır - Paris-2024-də bu gün

Paris olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaq.

S.Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparacaq.

M.Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodrigez Oroskonu məğlub etməyə çalışacaq.

Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən başlayacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Chosen
63
13
sportinfo.az

10Sources