EN

Bu il Ukrayna birbaşa büdcə dəstəyi üçün ABŞ-dan 7.8 milyard dollar alacaq

Bu il Ukrayna birbaşa büdcə dəstəyi üçün ABŞ-dan 7.8 milyard dollar alacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal "X" hesabında bildirib.

Onun sözlərinə görə, Ukrayna Dünya Bankının layihəsi vasitəsilə ABŞ-dan 3,9 milyard dollar alıb.

"Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin əmək haqları, pensiya və sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək", - Ukrayna Baş naziri deyib.

"Bu il Ukrayna ABŞ-dan 7,8 milyard dollar birbaşa büdcə dəstəyi alacaq ki, bu da bizə bu maliyyə dövrünü inamla keçməyə imkan verəcək", o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
41
apa.az

10Sources