1. Münasibətlərdə hər kəs özünə qarşı diqqət axtarır.
Əgər tərəflərdən hər hansı biri kifayət qədər diqqət görmürsə, belə münasibətlərin aqibəti uğursuzluğa məhkumdur. Heç nə münasibətləri biganəlik və etinasızlıq qədər riskə atmır. Pis hərəkətlər, pis xarakter və ya zərərli vərdişlər, bununla müqayisədə əhəmiyyətsizdir.
Diqqətin iki növü var: kişi və qadın. Qadından gözlənilir ki, o, həmsöhbətinə qulaq assın. Qadın diqqət forması — müqavimət göstərmir və etiraz etmir, o, kişinin təklifləri ilə tam razılaşır. Kişi qadında məhz bu tip diqqəti axtarır. Ona lazımdır ki, qadını dediklərinə və ya təkliflərinə həmişə diqqətlə, anlayışla qulaq assın və hər şeyə maraqla yanaşsın, eləcə də cinsəl istəklərinə qarşılıq versin.
Kişi diqqəti forması — cəlb olunma prosesidir. Kişi maraqlandığı qadını yeni təəssüratların formalaşması prosesinə cəlb etməyə çalışır. O, hər şeyə istiqamət verməyə çalışır, həmçinin onun fikrincə, diqqətə layiq olan yeni nələrsə təklif edir. Əgər qadın belə şeylərə qulaq asmağı dayandırsa, kişi ona marağını itirir.
2. Qadın və kişi arasında energetik əlaqə səviyyəsi mövcuddur.
Münasibətdə olan insanlar arasında gözəgörünməz kanal yaranır. Əgər insanlar ayrılırlarsa, o, partnyorlardan birinin enerjisi ilə qidalanaraq digərində iztirab doğurmaqla fəaliyyətini davam etdirir. Odur ki, kişi və ya qadın ayrılıq zamanı alternativ olaraq özünü ya yaxşı, ya da pis hiss edəcək. Ayrıldıqda hər şeyə görə, qarşı tərəfə təşəkkür etmək, bağışlamaq və onu minnətdarlıq hissiylə buraxmaq çox vacibdir. Onda əlaqə tədricən yox olacaq.
3. Qadınla münasibətlərə başlamazdan əvvəl kişi anası ilə “boşanmalıdır”!
Ana kişinin həyatında ən birinci qadındır. Hər bir oğlan 12 yaşına qədər anasına sıx bağlı olur. Müəyyən müddət sonra oğlan uşağı atasının himayəsi altına düşür ki, ona kişiliyi öyrətsin. Amma heç də həmişə belə olmur. Bəzən kişi sonrakı illər də əvvəlki kimi anasına sıx bağlı olaraq qalır.
Belə bir ana bəzən özü oğlunu buraxmır, üstəlik onu hansısa qıza etibar etmir. Bunun əvəzinə o, oğlunun həyatının idarəsini öz əlinə alacaq və imkan verməyəcək ki, özü-öz qərarlarını yerinə yetirsin. Həqiqətin gözünə dik baxın, belə bir kişiyə ərə getməyə dəyməz, çünki onunla münasibətlər çətin ki, sizə yaxşı nəsə versin.
4. Bəzən qadın şüuraltı olaraq kişini cəsarətindən məhrum etmək istəyir ki, ondan uzaqlaşmasın.
Təbiət kişi çiyinlərinə yük, tədqiqatçı ruh və novatorluq həvalə edib. Kişilik — maneələrin öhdəsindən gəlmək, yeni əmrlər vermək, yeni kəşflər etmək deməkdir, o evə «qənimət» gətirmək lazım olduqda özünü göstərir. Qadın isə kişinin zamanla həll etməyə çalışdığı tapmaca kimidir. Qadında kişini məhz bu xüsusiyyət cəlb edir. Amma bəzən qadın əndişələnməyə başlayır ki, birdən onun sevgilisi yeni birini araşdırmaq istəyər.
Belə hallarda qadın kişinin öyrənmək istəyini kəsir, bu zaman o, kəşf olunmaq və qulluq istəyən qadının bütün tələbatını ödəyən itaətkar ərə çevrilir. Amma əfsus ki, bu, artıq əsl kişi deyil, çünki belə hallarda onun bütün cəsarəti bir qayda olaraq yoxa çıxır.
5. Kişinin sosial durumu birbaşa qadından aldığı sevgi ilə mütənasibdir.
Gündəlik həyatda və karyerada uğur qazanmaq, daha çoxuna nail olmaq üçün kişiyə böyük dəstək və sevgi verin. Bu, həm də oğul analarına aiddir.
Əgər evdə maddi baxımdan korluq varsa və ya nə isə çatışmırsa, əmin olmaq lazımdır ki, kişi öz qadını tərəfindən kifayət qədər enerji və dəstək alır. O, öz inamı ilə kişini üstünlükləri olduğuna və çiyinlərində hər yükü qaldıra biləcəyinə inandırmağı bacarmalıdır. Bu vəziyyətdə kişinin daha çox qazanmasına və nailiyyətlər əldə etməsinə zəmanət verilir.
6. Sevgi bütün münasibətlərdə şəxsi inkişafla sıx bağlıdır.
Əgər inkişaf yoxdursa, sevgi də yoxdur. Əgər ikinci yarınız sizin yeni nəsə öyrənmək, işləmək və oxumaq istəyinizi mənfi qarşılayırsa, bu münasibətlərdə çox güman ki, sevgi olmadığı barədə düşünməyə dəyər. Bu cür fikir ayrılıqları və anlaşılmazlıqlar narahatlıq doğurmalıdır. O, işləməyə, kurslara və ya seminarlara getməyə icazə vermirsə, kitab oxumağa və ya almağa imkan vermirsə, o cümlədən sizin inkişafınıza təsir edən digər fəaliyyətləri qadağan edirsə, çox ehtimal ki, içində sevgiyə yer olmayan münasibəti davam etdirirsiniz. Bu, qurban və cəllad əlaqələrinə daha çox bənzəyir. Bəzən belə münasibətlər onların daxili travmaları səbəbindən iki tərəfə çox uyğun gəlir.
7. Kişi qadının güzgüsüdür!
Əgər onda nə isə səni qan etmirsə, səbəbi özündə axtar! Əgər ikinci yarınız sizin inkişafınıza müsbət təsir etmirsə, yaxud iztirab çəkməyə məcbur edirsə və buna baxmayaraq, ayrılmırsınızsa, deməli, bu münasibətlər hər iki tərəf üçün sərfəlidir.
Bu vəziyyətdəsinizsə, qarşı tərəfin sizə nə verdiyi barədə düşünün. Bu, hər hansı məsələ ola bilər, özünüz üçün hansısa məsələni aydınlaşdırmaq imkanı və ya ümumi ssenarinin reallaşması.
8. Qalib gəlmək üçün qadının gözündə böyüməlisiniz!
Kişiyə qalib gəlmək üçün qadın ona uduzmağa məcburdur. Qadın enerjisi üfüqi, kişi enerji isə şaqulidir. Kişinin yuxarı doğru böyüməyə və daha yüksək səviyyələrə çatmağa ehtiyacı var, bu halda o, daha güclü və daha müvəffəqiyyətli olacaq. Qadına gəlincə, əgər o, şaquli yolu seçirsə və kişiyə qalib gəlirsə, oyunun sonunda onu yorğunluq və boşluq gözləyir. Belə qadın qazandığı qələbələrə baxmayaraq, bir çox hallarda tək və bədbəxtdir.
Üfüqi inkişaf yolunu seçərək qadın kişilər qarşısında məğlubiyyətini sanki qəbul edir və onları məğlub etmək istəmir. Amma eyni zamanda sülh və tarazlıq qazanır, həyatına doğru insanlar daxil edir, o, öz enerjisi ilə onun üçün məqsədinə çatan kişini qidalandırır. Belə bir qadın nəticə qazanır.
9. Kişi öz qadınını kraliçaya çevirmək istəyir, qadına isə hazır Kral lazımdır.
Qadın həmişə arzu edir ki, özü-özünü dərk etməkdə kişi ona kömək etsin. Beləcə o, qadına müxtəlif hadisələrin ondan keçməsinə və daha yaxşı olmasına kömək edəcək. Lakin buna yalnız öz uşaq qorxularına qalib gələn və əcdadlarının ruhunu sakitləşdirən Kral qadirdir.
Kişini kral etmək üçün onunla kral kimi rəftar etmək, onun bütün məziyyət və ləyaqətini qəbul etməlisiniz. Və belə bir insanın yanında qadın özünü hər zaman xoşbəxtlik və bolluq içində hiss edəcək.
10. Qadın qulaqları ilə sevir, odur ki, kişinin nə yox, necə danışdığı vacibdir!
Kişi səsi qadının əhvalına çox güclü təsir göstərir. Əgər kişi qadınla xoşagəlməz tərzdə və tonda danışsa, onda qadın qarşı tərəfə diqqət və qayğı göstərməkdən imtina edəcək. Diqqətin olmaması isə kişinin uğur qazanmasına mənfi təsir edəcək. Odur ki, Kral bilməlidir ki, işlərdə daha sürətli irəliləyiş üçün öz qadınla evdə nəvazişlə danışmaq lazımdır. Bu 10 sirr münasibətləri yenidən nəzərdən keçirmək və onları keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün gözəl imkandır. Onların köməyi ilə siz sadəcə ailə problemlərini qaydaya salmaqla qalmayacaq, həm də maddi baxımdan əhəmiyyətli dərəcədə irəliləyişə nail olacaqsınız.
Aytən Məftun