EN

Dövlət Miqrasiya Xidməti və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib - FOTOLAR

Dövlət Miqrasiya Xidməti və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Xidmətin ictimai iştirakçılığın təmin olunması sahəsində gördüyü işlərdən, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətinin əhəmiyyətindən, Şura, həmçinin digər vətəndaş cəmiyyəti institutlarının üzvləri ilə mütəmadi görüşlərin və birgə müzakirələrin aparılmasından bəhs edilib.

Eyni zamanda tədbirdə vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının əməkdaşlığının önəmi vurğulanıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bildirilib ki, ictimai iştirakçılığın təmin edilməsi sahəsində uğurlu fəaliyyətinə və ictimai şuraların vahid onlayn platforması olan ictimaishura.az saytı ilə fəal əməkdaşlığına görə Dövlət Miqrasiya Xidməti fəxri fərmanla təltif edilib. Görüşdə fəxri fərman Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinə təqdim olunub.

Chosen
122
1
ictimaishura.az

2Sources