EN

Blinken Qətərin Baş naziri və xarici işlər naziri ilə telefon danışığı aparıb - » AzadMedia.az



ABŞ Dövlət katibi Entoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə telefon danışığı aparıb.

Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Belə ki, "Dövlət katibi və baş nazir gərginliyin azaldılması və münaqişənin daha da genişlənməsinin qarşısının alınması səylərini müzakirə ediblər", - deyə Miller bildirib.

O həmçinin qeyd edib ki, tərəflər həmçinin İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə edilməsi üzrə birgə işi müzakirə ediblər.
Chosen
27
16
azadmedia.az

10Sources