HƏMAS Siyasi Bürosuna yeni rəhbər seçilib.
E-huquq.az xəbər verir ki, Yəhya Sinvar Fələstinin radikal təşkilatının başçısı olub.
Qeyd edək ki, Sinvar bu postda bir həftə əvvəl Tehranda öldürülən İsmayıl Haniyəni əvəz edib.
Daha əvvəl Sinvar HƏMAS-ın Qəzza zolağındakı lideri kimi fəaliyyət göstərib.