EN

İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək - SEPAH

İranın ruhani lideri Ayətullah Əli Xamneyinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda məhv edilməsinə görə İsraili cəzalandırmaq əmri yerinə yetiriləcək.

Ucnoqta.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.

“Ali Rəhbərin İsraili sərt şəkildə cəzalandırmaq və şəhid İsmayıl Haniyənin qanının qisasını almaq əmri aydındır və birmənalı olaraq, Ali Rəhbərin əmrləri ən yaxşı şəkildə yerinə yetiriləcək, bu gün İranın vəzifəsidir”, - deyə Tasnim xəbər agentliyi yazıb.

Chosen
265
5
ucnoqta.az

10Sources