EN

Olimpiadanın brendinə çevrilən türk: qızıl medalı borc verdik

Paris Olimpiadasında verdiyi atıcılıq pozası ilə interneti alovlandıran türkiyəli atıcı Yusuf Dikeç emosiyalarından danışıb.

Publika.az xəbər verir ki, Yusuf həmin an daxilən sakit olmadığını bildirib. 51 yaşlı Dikeç adi eynəkdə və sol əli cibində yarışdığı üçün Olimpiadanın meminə çevrilib. Digər atıcılardan fərqli olaraq o, heç bir xüsusi texnikadan istifadə etmir.

“Hamı dedi ki, mən çox sakit görünürəm, baxmayaraq ki, əslində içimdə fırtına vardı. Düşünürəm ki, mənim pozum olimpiya ruhuna kifayət qədər uyğun idi: ədalətli oyun, sadəlik, təbiilik. Buna görə diqqət çəkdi”, – Yusuf deyib.

Parisdə keçirilən Oyunlarda Dikeç 10 metr məsafədən pnevmatik tapançadan atəş açmada qarışıq cütlüklər kateqoriyasında gümüş medal qazanıb. O, növbəti Olimpiadada qızıl medal qazanmaq niyyətindədir.

Chosen
138
6
publika.az

10Sources