EN

Etibar Əliyevi parlamentdə bu məmur əvəzləyə bilər - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov deputatlığa namizəd olub. 

Modern-ın əldə etdiyi məlumata görə, o, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlamışdır. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.  onlayn aptek

Q.Məmmədov 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib. 

Qaya Məmmədov 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib, 2022-ci ildə bu vəzifədən geri çağırılıb. 

Yenisabah.az xatırladır ki, hazırda  31 saylı Suraxanı ikinci seçki dairəsinin deputatı tanınmış filosof-alim Etibar Əliyevdir. 

Chosen
93
7
hurriyyet.az

7Sources