EN

Ermənistanın anti-Rusiya siyasətinə Moskvadan həmlə: Paşinyanı bu yolla yıxacaqlar

Ermənistan hakimiyyətinin anti-Rusiya siyasəti yavaş-yavaş öz təsirini göstərir.

Publika.az xəbər verir ki, Ermənistan mətbuatı iddia edir ki, Rusiya erməni sahibkarlara qarşı iqtisadi maneələr yaradır. Bu maneələr Rusiyada yaşayan hər bir erməniyə tətbiq edilir.

Bildirilir ki, artıq Rusiyadan Ermənistana mal çatdırılması prosesi dayandırılıb. Bütün digər ölkələrlə bağlı heç bir problem olmasa da, Ermənistana sifariş qəbul edilmir. Bundan əlavə, Rusiyada yaşayan ermənilər Ermənistana pul da göndərə bilmirlər. Banklar artıq Ermənistana pul göndərmək istəyənlərdən sifariş qəbul etmir.

Erməni ekspertlər iddia edirlər ki, bu, Moskvanın Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətinə cavabdır. O da vurğulanır ki, bütün bunlar hələ başlanğıcdır. Ermənistanın iqtisadi rıçaqları Rusiyanın əlində olduğu üçün İrəvanı məngənəyə salaraq asta-asta sıxmağa davama edəcək. Ekspertlərin fikrincə, belə tendensiya sadə camaata böyük təsir edəcək və nəticədə Paşinyan hakimiyyətindən narazıların sayı artacaq.

Bu da onun hakimiyyətinin laxlamasına gətirib çıxaracaq.

Chosen
778
50
publika.az

10Sources