EN

HƏMAS İsraillə danışıqlarda iştirakdan imtina edib

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı danışıqların növbəti raundunda iştirakdan imtina edir və tərəflər arasında razılığın əldə olunmasına mane olur.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.

“HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları bütün dünyaya kimin girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə mane olduğunu göstərir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, İsrail danışıqlarda iştirak etməyə hazırdır, lakin keçirilmə yeri hələ təsdiqlənməyib.

Chosen
61
37
nocomment.az

10Sources