EN

Altı yaşlı oğlunu steplerlə divara mıxladı, hədəfə çevirib atəş açdı: ABŞ-də qandonduran cinayət

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Miçiqan ştatının Oklend dairəsində baş verən dəhşətli cinayət bütün ABŞ-ni silkələyib. Belə ki, altı yaşlı uşaq öz anası, 25 yaşlı Elayna Rouzun və onun 32 yaşlı sevgilisi Con Cakçinanın vəhşi işgəncə və zorakılığının qurbanı olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Mirror" xəbər yayıb.
Bildirilir ki, balaca oğlan qapalı saxlanılıb, müntəzəm olaraq döyülüb və hətta steplerlə divara mıxlanıb. Onun bədəni başdan-ayağa çoxsaylı əzik, sıyrıq və kəsiklərlə örtülü olub. Bundan əlavə, uşağa pnevmatik silahdan bir neçə dəfə atəş açılıb.
Ağır xəsarətlərə baxmayaraq, Elayna Rouz həkimlərin zorakılıq izlərini aşkar edəcəyindən qorxaraq tibbi yardım üçün müraciət etməyib. Yalnız oğlan nəfəs almağı dayandırdıqda o, xilasediciləri çağırıb. Uşaq təcili xəstəxanaya yerləşdirilib, lakin təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb.
"Balaca Çulo qapalı saxlanılıb, döyülüb və steplerlə divara mıxlanıb. O ağır yaralanmışdı", - deyə Okland dairəsinin prokuroru Karen Makdonald bildirib.
Bildirilir ki, Elayna Rouz və Con Cakçina artıq həbs olunublar. Onlar birinci dərəcəli qətl, uşaqlara qarşı zorakılıq və yalan ifadə verməkdə ittiham olunurlar.
Cakçina, həmçinin qanunsuz silah və sursat saxlamaqda ittiham olunur. Təqsirləndirilən şəxsləri ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Chosen
208
50
oxu.az

10Sources