Xəzər dənizində 3.7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar bu gün yerli vaxtla 08:22-də qeydə alınıb.
Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.