Britaniyanın Nortuiç şəhərinin sakini olan Dorin Menninq adlı qadın 104 yaşını qeyd edib.
Bu barədə “Cebheinfo.az” Britaniyanın yerli mətbuat orqanlarına istinadən xəbər verir.
Bildirilir ki, Dorin Menninq gəncliyində tikiş ustası olaraq çalışıb.
Dörd nəvəsi və üç nəticəsi olan qadın hazırda qocalar evində yaşayır, amma yenə də tikiş işləri ilə məşğul olmağı sevir. Onun digər hobbisi isə gül dəstələri hazırlamaqdır.
Qocalar evinin əməkdaşı olan Şeron Treynorun sözlərinə görə, Menninq öz uzunömürlülüyünü şərab və cin içkisi ilə əlaqələndirir. "Biz Dorindən uzun ömür sürməyin sirrinin nə olduğunu soruşduq. O "Səhər bir stəkan su, nahar hazırlayarkən bir stəkan şərab və cin",- deyə Şeron Treynor bildirib.