EN

Alimlər yer üzündəki ən uzun heyvan genomunu deşifrə ediblər

Alman bioloqları Cənubi Amerika ağciyər balığının (Lepidosiren paradoxa) genomunu deşifrə ediblər. Bu balıq, yer üzündəki bütün heyvanların arasında rekord uzunluqda DNT-yə malikdir.

hakimiyyet.az xəbər verir ki, bu barədə knife.media məlumat yayıb.

Məlumata görə, balığın DNT-sində 90 milyard bölmə var ki, bu da insan genomundan təxminən 30 dəfə uzundur. Bu uzun genomun səbəbi çox sayda "atlanan genlər" - transpozonlardır.

Belə ardıcıllıqlar həm zərərli, həm də faydalı genetik dəyişikliklərə səbəb ola bilər və genom boyunca kopyalanaraq köçürülə bilər.

Qeyd edək ki, bu balıq adını quruda yaşamağa imkan verən ağciyərlərə görə alıb.

Chosen
199
2
hakimiyyet.az

10Sources