EN

Generalların Pezeşkiana təzyiqi başladı – Ondan nə istəyirlər?

İran Prezidenti Məsud Pezeşkianla SEPAH arasında son günlər ciddi fikir ayrılıqlarının olduğuna dair iddialar yayılıb. İddia edilir ki, Pezeşkian SEPAH generallarının təzyiqləri qarşısında geri addımlar atır. Cavad Zərifin vitse-prezident postundan imtina etməsi və yeni hökumətdə islahatçılardan çox mühafizəkarların yer alması da bununla əlaqələndirilir.

Təzyiqlər fonunda Pezeşkian hökuməti uğurlu ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, İran ideoloji ölkədir:

“Bu ölkədə kimin prezident olmasından asılı olmayaraq İranın öz strategiyası var. Həmin strategiya prezidentlər tərəfindən təyin edilməsə də, icra edilir. SEPAH isə dövlət içində dövlətdir. İran strategiyasını ali dini lider formalaşdırır. SEPAH daxil, bütün qurumlar bunu icra edir.

Yeni gələn iran prezidentləri dövlət strategiyasını müxtəlif metodlarla icra edir, amma radikal dəyişim etmək ixtiyarında deyillər. Təbii ki, xalq yeni prezident seçib və gözləntiləri var. Prezident yeni komanda formalaşdırır, amma radikal dəyişiklik edə bilməz. Bunun üçün məsələlər mütləq ali dini liderlə razılaşdırılmalıdır. İranda nəyisə qısa müddət ərzində dəyişmək çətindir”.

Chosen
27
1
turkustan.az

2Sources