EN

Minlərlə britaniyalı COVID peyvəndlərinin mənfi təsirlərinə görə təzminat tələb edib

Təxminən 14 min britaniyalı COVID-19 peyvəndlərinin sağlamlıqlarına vurduğu zərərə görə hökumətə təzminat üçün müraciət edib.

seher.media xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti jurnalistinin sorğusuna cavab olaraq təqdim edilən rəsmi məlumatda deyilir.

Məlumata görə, insult və infarkt keçirmiş, təhlükəli qan laxtalanması, onurğa beyninin iltihabı, əzaların həddindən artıq şişməsi və üz iflicindən əziyyət çəkən insanlara hökumət artıq müəyyən ödənişlər edib.

Şikayətlərin təxminən 97%-i Britaniyanın "AstraZeneca" əczaçılıq şirkəti tərəfindən istehsal olunan vaksinlə peyvənd edilmiş şəxslərdən gəlib. Qalan şikayətlər isə ABŞ-nin "Pfizer" və ya "Moderna" şirkətlərinin istehsal etdiyi peyvəndləri alanlardan olub.

Chosen
159
8
seher.media

10Sources