EN

Səkkizaylıq körpə ağır yanıq xəsarətləri alıb:  Dəstəyə ehtiyacı var

Səkkizaylıq Səkkizaylıq körpə ağır yanıq xəsarətləri alıb:

Səkkizaylıq körpə Amin ağır yanıq xəsarətləri alıb.

E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Aytən Sleptsova məlumat verib.

Gənc ana övladının ehtiyatsızlıq ucbatından yandığını bildirib:

"Amin 2023-cü ilin dekabr ayında dünyaya gəlib. Onun autizm xəstəliyindən əziyyət çəkən bacısı var. Martın 10-da o, bilmədən termosu Aminin üzərinə dağıdıb. Həmin gün biz xəstəxanaya yollandıq, bir müddət orada sizin saytın izləyicilərinin dəstəyi ilə müalicə aldıq. Artıq evə çıxmışıq. Aminin müalicəsi üçün hazırda 500 manata ehtiyacımız var".

Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərdən imdad diləyib.

"Biz Bakıda kirayədə yaşayırıq. Evdə tək yoldaşım işləyir, onun maaşı ilə güclə dolanırıq. Amin yandığı üçün əlimizdə olan son pulu da xərcləmişik. Müalicəni davam etdirə bilmək üçün maddi gücümüz qalmayıb. Yardımsevər şəxslərdən övladıma kömək etmələrini xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 274-67-93.

"Kapital Bank": 4169 7388 1611 3512.

E-saglam.az

Chosen
166
28
e-saglam.az

10Sources