Yaz aylarında bir ton üçün rekord həddə – 12 min dollara yüksələn kakao qiymətlərinin bu il kəskin ucuzlaşacağı ehtimalı yoxdur. Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, hava şəraiti daha əlverişli olacaq ki, bu da dünya üzrə kakao paxlasının istehsalının təxminən 10% artmasına gətirib çıxaracaq. “Fitch Solutions” analitiklərinin fikrincə, kakao fyuçerslərinin qiyməti bir ton üçün 11 min dollardan 7 min dollara düşə bilər, halbuki son on ildə qiymət 2 min dollardan aşağı olub.
Qiymətləri nisbətən yüksək səviyyədə saxlayacaq digər amillər, agentliyin qeyd etdiyi kimi, kakao ixrac edən ölkələrin hakimiyyət orqanlarının onun istehsalına xarici investisiyaların cəlb edilməsinə mane olan siyasətidir. Bu ölkələrə ilk növbədə Qana və Kot-d’İvuar daxildir.
Kakao bazarının digər əsas oyunçuları arasında son qiymət artımlarından faydalanan Kamerun və Nigeriya da əvvəlki qiymət trendinin davam edəcəyinə ümid etməklə istehsalın artacağını gözləyir.
2023-2024-cü kənd təsərrüfatı ilində kakao paxlasının qlobal istehsalının əvvəlki ilə müqayisədə 11% (4.45 milyon tona qədər) azalacağı gözlənilir. İyulun 5-də dünya əmtəə birjalarında bir ton kakao 7.8 min dollara olub. İsveçrənin “Nestle” şirkəti artıq dünyada şokoladın qiymətinin artması ilə əlaqədar onun istehlakının azaldılması prosesinin getdiyini açıqlayıb.