Avqustun 21-nə keçən gecə Rusiyanın ən azı beş regionunda pilotsuz təyyarələr və raket hücumları qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin telegramda yazıb.
O qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri Rusiya paytaxtı istiqamətində uçan on düşmənin pilotsuz uçuş aparatını (PUA) vurub.
Sobyanin bu hücumu “bütün zamanların ən böyük hücumlarından biri” adlandırıb.
Bundan əlavə, PUA-lar Rusiyanın Bryansk və Tula vilayətləri üzərində də qeydə alınıb. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz 23 PUA-nın məhv edildiyini açıqlayıb. Tula vilayəti üzərində isə iki pilotsuz təyyarənin vurulduğu bildirilir.
Bu arada Rostov vilayətinin qubernatoru Vasili Qolubev raket hücumundan yazıb.
Bütün hallarda ruslar itki və dağıntı olmadığını iddia edirdilər.
Məlumata görə, iyulun əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi Rusiyanın üç regionunda aerodrom, neft emalı zavodu və elektrik yarımstansiyasını vurmaq üçün uğurlu əməliyyat keçirib.
Musavat.com