Fransa çempionu PSJ-nin və Portuqaliya millisinin 23 yaşlı hücumçusu Qonzalo Ramoş sol ayağının baldır sümüklərindən əməliyyat olunub.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. O, Fransa çempionatının açılış turunun "Havr"la oyununda topuq nahiyəsindən zədə alıb. Luis Enrikenin rəhbərlik etdiyi PSJ 4:1 hesabı ilə qalib gəlib.
Qonzalo Ramoş Qətərin paytaxtı Dohada əməliyyat olunub və orada reabilitasiya mərhələsi keçəcək, daha sonra isə PSJ-nin reabilitasiya mərkəzində olacaq.
Qonzalo Ramoş 2023-cü ilin avqustunda Portuqaliya "Benfika"sından PSJ-yə keçib. Ötən mövsüm o, 29 matçda iştirak edib və 11 qol vurub