RU

"Meymunçiçəyi" virusu daha bir ölkəyə yayıldı

Tailandda xaricdən gələn şəxsdə "Meymunçiçəyi" virusu (mpox) aşkar edilib. 

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət Departamentinin baş direktoru Thongchai Keeratihattayakorn verdiyi açıqlamada avropalı xəstənin Tailanda Afrika qitəsindən gəldiyini bildirib.

Thongchai, ölkəsi açıqlanmayan xəstədə "mpox" virusunun aşkar edildiyini və "Clade 1b" variantından şübhələndiklərini qeyd edib. Xəstənin "Clade 1" variant testinin mənfi olduğunu bildirən Thongchai, "Clad 1b" variantının olub-olmadığını müəyyən etmək üçün testlər etdiklərini söyləyib.

Thongchai, bu variantın xəstədə aşkar ediləcəyi təqdirdə, ölkədə ilk "Clade 1b" hadisəsi olacağını söyləyib. Ölkədə ilk "mpox" virusu "Clade 2" variantının 2022-ci ildə aşkar edildiyini bildirən Thongchai, bu variantın təxminən 800 hadisəsinin indiyədək qeydə alındığını və onlardan 140-nın bu il olduğunu izah edib.

Избранный
188
35
ikisahil.az

10Источники