RU

"BYD" yeni elektromobilini təqdim etdi: Xüsusiyyətləri və FOTOLARI

Çinin nəhəng elektromobil şirkəti "BYD" yeni modelini təqdim edib.

Hit.az xəbər verir ki, yeni SUV modeli "2025 Song Plus" adlanır.

Ekspertlərin fikrincə bu avtomobil elektromobil bazarında böyük səs gətirəcək. Avtomobildə avtomatik əyləc sistemi, D-pilot kimi 10 fərqli sürüş dəstək sisteminin olması da xeyli diqqət çəkib. 

"Song Plus" 71,8 kVt/saat LFP batareyasına sahibdir. Həmçinin, model 201 at gücü (150 kVt/saat) istehsal edən elektrik mühərrikinə də malikdir.

Üstəlik, "Luxury" və "Premium" paketlərində avtomobilin hərəkət məsafəsi 520 kilometr, flaqman paketində isə 605 kilometrdir. Avtomobilin satış qiyməti isə təxminən 21 min dollardan başlayacaq. 

Pərviz

Избранный
156
50
hit.az

10Источники