Bakı, 22 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artaraq 828 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub. Bu da ümumi dövriyyənin 60,6 faizini təşkil edib.