EN

Paytaxtın ictimai iaşə dövriyyəsində 8 faizlik artım qeydə alınıb

Paytaxtın

Bakı, 22 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artaraq 828 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub. Bu da ümumi dövriyyənin 60,6 faizini təşkil edib.

Chosen
122
4
azertag.az

6Sources