Bakının Sabunçu rayonunda 16 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2008-ci il təvəllüdlü Salmanlı Sənan Anar oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.