RU

Putin qərar qəbul edib, Kiyevi ağır cəza gözləyir - Antonov

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsinə cavab verməklə bağlı qərar qəbul edib. Kiyevi ağır cəza gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Mən qəti əminəm ki, Kursk vilayətində baş verənlərə görə hamı ciddi şəkildə cəzalandırılacaq. Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini işğal etməsinə necə cavab verəcəyi ilə bağlı artıq qərar verib”, - Antonov bildirib.

Избранный
131
1
axar.az

2Источники