RU

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb

Bu ilin I yarısında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 91 milyon ABŞ dolları təşkil edib.

 Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur və ən azı son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk 6 ay üçün maksimal göstəricisidir.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 77 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da bir əvvəlki göstəricidən 36,2 % çoxdur.

6 ay ərzində Özbəkistandan 10,7 milyon ABŞ dolları dəyərində saflaşdırılmış misdən məftillər, borular və borucuqlar, 9,45 milyon ABŞ dolları dəyərində trikotaj parçalar, 6,5 milyon ABŞ dolları dəyərində avtomobillər üçün kuzovlar, 4 milyon ABŞ dolları dəyərində quru nəqliyyat vasitələri üçün mühərriklər, 3,6 milyon ABŞ dolları dəyərində qurudulmuş üzüm, 3,4 milyon ABŞ dolları dəyərində televiziya rabitəsi üçün qəbuledici aparatlar, 3,4 milyon ABŞ dolları dəyərində kondisionerlər, 2,8 milyon ABŞ dolları dəyərində toxuculuq materiallarından hazır xovlu/xovsuz örtüklər, 2,2 milyon ABŞ dolları dəyərində çəkməli tütün, 1,5 milyon ABŞ dolları dəyərində yer fıstığı, 1,4 milyon ABŞ dolları dəyərində təzə ərik, 1,3 milyon ABŞ dolları dəyərində kağız salfetlər, dəsmallar, süfrələr, selluloz pambıq, 1,2 milyon ABŞ dolları dəyərində quş yumurtası və s. alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
98
5
banco.az

6Источники