1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Keçmiş bakılı əri, iş adamı Yan Abramovdan ayrılan məşhur rusiyalı müğənni Alsu əmlakın bölgüsü ilə bağlı yeni tələblərlə məhkəməyə müraciət edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət ümumi məbləği 10 milyard rubl (109 milyon dollar) təşkil edən 100 səhifəlik siyahıdan gedir.
Siyahıya mənzillər, bağ evləri, avtomobillər, qarajlar, müxtəlif şirkətlərin səhmləri, bank hesabları və sairə daxildir.
Qeyd olunur ki, Yan Abramov kompensasiya olaraq Alsuya 2.5 milyard dollar təklif etsə də, müğənni bu pulu almaqdan imtina edib.
Məlumat üçün əlavə edək ki, daha əvvəl müğənni Alsu Moskva şəhərində yerləşən "Triumf Palace"dakı mənzilin mülkiyyət hüququnu öz adına tanınması məqsədilə məhkəməyə müraciət edib.
Mənbə yazır ki, daşınmaz əmlakın dəyəri 300 milyon rubl (3 milyon dollar) qiymətləndirilir.
Məlumat üçün əlavə edək ki, Alsu ilə Yan Abramov 18 il nikahda olublar. Cütlüyün bu nikahdan Safina, Mikella və Rafael adlı övladları var.