RU

Rusiyada məhbus terrorçular Penitensiar Xidmətin dörd əməkdaşını öldürüb

Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində Penitensiar Xidmətin 4 əməkdaşı həlak olub.

Bizim.Media  xəbər verir ki, bu barədə Rusiya Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, İŞİD terror qruplaşmasının üzvü olduğunu bildirən dörd məhbus müəssisədə 8 əməkdaşı və 4 məhkumu girov götürüb. Girov götürülənlərdən bəziləri müqavimət göstərib.

Terrorçular dörd əməkdaşa kəsici-deşici alətlərlə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Onlardan üçü yerində ölüb, müqavimət göstərən daha dörd əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada keçinib.

Qeyd edək ki, Rusiya Qvardiyasının keçirdiyi əməliyyat nəticəsində terrorçuların dördü də məhv edilib, girovlar azad olunub.    

Bizim.Media

Избранный
105
bizim.media

1Источники