RU

Rusiya Əfqanıstanla əməkdaşlığı genişləndirəcək

Rusiya Əfqanıstanla əməkdaşlığı genişləndirmək, ölkələr arasında ticarət dövriyyəsini 2025-ci ildə üç milyard dollara çatdırmaq niyyətindədir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti-yə Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin məlumat verib.

 

O bildirib ki, bu məsələ işgüzar şura nümayəndələrinin Əfqanıstanın kənd təsərrüfatı naziri vəzifəsini icra edən Ataullah Öməri ilə görüşündə müzakirə olunub. Xabibulinin sözlərinə görə, Moskva və Kabil kənd təsərrüfatı məhsullarının ixracının və idxalının artırılması, Rusiya şirkətlərinin Əfqanıstanda fəaliyyətinin inkişaf etdirilməsi və logistik marşrutların inkişafı məsələsini də müzakirə ediblər.

“Bizə 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsini üç milyard dollar artırmaq, 2030-cu ildə isə ildə on milyard dollara çatdırmaq vəzifəsi qoyulmuşdur”, - deyə Xabibulin əlavə edib ki, ticarət dövriyyəsinin əsas hissəsi kənd təsərrüfatı məhsulları olacaq.

Bundan əvvəl radikal Taliban hərəkatının (Rusiyada qadağan olunmuş terror təşkilatı) müvəqqəti hökumətində baş nazirin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Baradar Axund rusiyalı sahibkarları Əfqanıstan iqtisadiyyatına sərmayə qoymağa dəvət edib. Onun sözlərinə görə, ölkənin ticarət və investisiya üçün çoxlu perspektivləri var və xarici investorlar bu imkanlardan yararlanmalıdırlar.

 

Miri

 

Избранный
114
33
oxu24.com

10Источники