“Bakıda elə binalar var ki, onun iki qanadı 8, digər bir qanadı 9 ballıq ərazidədir. Güclü zəlzələ olanda əlbəttə ki, 9 ballıq ərazidəki bina dağılacaq. Hər bir binanın altı ayrıca öyrənilməlidir. Bunu mən demişəm, deyirəm, sübut da edirəm. Nəzəriyyəni də, praktikanı da göstərirəm. Bunlara əməl olunmalıdır. Hadisə olandan sonra lazım deyil tədbir görülsün. Ondan əvvəl gərək qarşısı alınsın. Buna görə binalar zəlzələyə davamlı tikilməlidir ki, dağıntılar minimuma ensin. Oksford universiteti ilə əməkdaşlıq çərçivəsində heç bizə məlum olmayan, bilmədiyimiz, zəlzələləri kosmik şəkillərlə müəyyən edirik. Onlar bizə kosmosdan olan görüntüləri veriblər. Orada xəndəklər qazmışıq. Torpaq nümunələri Oxforda, Londona labaratoriyaya aparılıb, onların yaşı, dövrü analiz edilib. Hansı zəlzələlər olubsa, onun vaxtını müəyyən etmək mümkün olub. Ağsu, Göyçay, Salyanda bunları tətbiq etmişik. Bu işlər bütün Azərbaycan üzrə davam edəcək”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта