Polşa Macarıstanı Rusiya Federasiyası ilə əməkdaşlığa görə tənqid edir, baxmayaraq ki, Varşava gizli şəkildə Rusiya ilə ticarət əlaqələrini davam etdirir. AFN.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib."Polşalı qardaşlarımız sakitcə eyni şeyi edirlər, ona görə də bu barədə açıq və dürüst danışdığımız üçün bizi tənqid etməməlidirlər" - deyə Macarıstan XİN rəhbəri qeyd edib.Siyartonun sözlərinə görə, Varşava gizli şəkildə Rusiya Federasiyası ilə ticarəti davam etdirir, digər Aİ ölkələrini oxşar addımlara görə açıq şəkildə tənqid edir. O, vurğulayıb ki, 2023-cü ilin sonuna qədər Rusiya ilə Polşa arasında ticarət dövriyyəsi 6 milyard avroya çatıb və Polşa tərəfi Rusiya gübrələrini əhəmiyyətli həcmdə alıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта