RU

Azərbaycanda şirkətin 56 min səhmi - DÖVRİYYƏDƏN ÇIXARILDI

Azərbaycanda ləğv olunan şirkətin səhmləri dövriyyədən çıxarılıb.

FED.az xəbər verir ki, söhbət hazırda ləğvetmə prosesində olan “Gəncə Ərzaqnəqliyyat” ASC-dən gedir.

Ləğvetmə komissiyasının qərarı ilə “Gəncə Ərzaqnəqliyyat” ASC-nin AZ 1001018303 dövlət nömrəsi ilə qeydiyyata alınmış və hər birinin nominal dəyəri 2 manat olan, 56253 ədəd adi, adlı səhmləri dövriyyədən çıxarılır.

Başqa sözlə, şirkəti 112 506 manatlıq səhmləri dövriyyədən çıxarılıb.

Избранный
115
fed.az

1Источники