Pakistan Rusiyanın baş naziri Mixail Mişustinin səfərini və onun Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclasında iştirakını gözləyir.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç bildirib.
“Hazırda Pakistanın sədrlik etdiyi ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının oktyabrın ortalarında iclası keçiriləcək. Biz ŞƏT-in bütün üzvlərinin bu iclasda iştirak edəcəyini gözləyirik. Biz Rusiya baş nazirinin səfərini və şuranın iclasında iştirakını gözləyirik”, - deyə diplomat RİA Novosti -yə müsahibəsində bildirib .
Onun sözlərinə görə, istisnasız olaraq təşkilata üzv olan bütün ölkələrin hökumət başçılarına dəvət göndərilib.