RU

UEFA "Qarabağ"ın oyununu Premyer Liqa hakiminə tapşırdı

"Qarabağ" və Xorvatiyanın "Dinamo" komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları bəlli olub.

Publika.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. FİFA referisi Maykl Oliverə Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək.

Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.

Qeyd edək ki, Zaqrebdə baş tutan ilk oyunda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Избранный
67
15
publika.az

10Источники