RU

Tailandda sel və torpaq sürüşməsi baş verib

Tailandda uzun müddətdir, davam edən musson yağışları nəticəsində ölkənin bir çox şəhəri sel və torpaq sürüşməsinə məruz qalıb.

APA "CNN Türk"ə istinadən xəbər verir ki, sel və torpaq sürüşmələri nəticəsində indiyə qədər ümumilikdə 22 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.

16-25 avqust tarixlərində yağan musson yağışlarından 21 min 824 evin ciddi zərər gördüyü açıqlanıb.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
2
cebheinfo.az

2Источники