Evindən bayıra çıxmaq istəyən sakinlər hər gün blokun çıxışında bu cür problemlə rastlaşır. Blokun girişi zibil və su ilə tutulub.
Xezerxeber.az xəbər verir ki, söhbət Yeni Yasamal 1, bina 13- ünvanından gedir. Binadakı 5 blokun sakinləri binanın baxımsızılığından şikayət edirlər. Bildirilir ki, yağan yağış nəticəsində binanın beton hissələri qırılıb tökülür. Çünki tavanda navalça yoxdur.
1992-ci ildən inşa edilən binanının problemləri bununla da bitmir. Sakinlər liftin aylarla işləmədiyini bildirirlər. Həmçinin, zirzəminin də su ilə dolu olduğunu deyirlər.
Sakinlər iddia edirlər ki, hər ay vaxtlı vaxtında kommunal pulunu ödəyirlər. 19 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə problemlərini bildirsələr də, bir nəticə hasil olmur.
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.