Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətçi deputata qarşı 250 min lirə (təxminən 7,3 min dollar) mənəvi zərərin ödənilməsi tələbi ilə çıxış edib.
OXU24.COM xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın "X" sosial şəbəkəsində yazıb.
“Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir üzrə millət vəkili Tuncay Özkanın prezidentimizə qarşı əsassız və vulqar ifadələri ilə bağlı 250 min türk lirəsi mənəvi ziyana görə təzminat iddiası qaldırılıb”, - deyə o bildirib.
T.Özkan "X" sosial şəbəkəsində Türkiyə lideri və yerli hakimiyyət nümayəndələrinin ünvanına bir sıra təhqirlər yazıb. Ona qarşı istintaq başlayıb.