RU

Qanunsuz miqrasiyanı azaldacağıq - Şolts

Almaniya kansleri Olaf Şolts üç nəfərin öldürüldüyü Solingen şəhərinə səfər edərkən deportasiyaları artıracağını və qanunsuz miqrasiyanı azaldacağını vəd edib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. "Bu, hamımıza qarşı terror idi. Almaniyada qala bilməyən və buna hüququ olmayanların vətənə qaytarılması və deportasiya edilməsi üçün əlimizdən gələni etməliyik", - o bildirib.

Qeyd edək ki, Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində 3 nəfər ölüb. Müstəntiqlər Solingenə hücumun İŞİD üzvü tərəfindən törədildiyini güman edirlər.

Избранный
104
3
buta.tv

10Источники